Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO

Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO

Hazırda oxunan: Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO
228409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə davam edən bayram tətili günlərində şəhid və qazi övladları unudulmayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bayram tətili günlərini maraqlı və yaddaqalan keçirmələri məqsədi ilə şəhid və qazi övladları üçün xüsusi proqramlar tərtib edilib.
 

İlk geniş bayram proqramı Şəki Dövlət Dram Teatrında baş tutub, teatrda Yeni il şənliyi təşkil edilib.


Uşaqlar Şəki Dövlət Dram Teatrında yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış “Oyuncaqların qış nağılı” adlı tamaşaya baxıblar. Nağıl-tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Arzu Mustafayeva, Nərmin Abbasova və başqaları ifa ediblər.

Bununla yanaşı şəhid və qazi övladlarının şəhərin tarixi məkanlarına, muzeylərə gəzintisi təşkil edilib.

Tamaşanın sonunda uşaqlara bayram hədiyyəsi təqdim olunub.

Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO - foto 1
Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO - foto 2
Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO - foto 3
Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO - foto 4
Şəkidə şəhid və qazi övladları üçün Yeni il şənliyi təşkil edildi - FOTO - foto 5


Tural Rasimoğlu, Bizim.Media, şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO