"İyunda 15 gün artıq dərs xalqın boynunda artıq və ağır yükə çevrilir..."

Hazırda oxunan: "İyunda 15 gün artıq dərs xalqın boynunda artıq və ağır yükə çevrilir..."

228244
Azərbaycanda orta ümumtəhsil məktəblərində dərslərin iyunun 15-də yekunlaşması bütün respublikada geniş müzakirə edilir. Valideynlər də, ölkə ziyalıları da, təhsil mütəxəssisləri də dərslərin iyunun 15-də bağlanmasına etiraz edirlər. Onlar hesab edirlər ki, tədris ili mayın 25-30 arasında başa çatmalıdır. Hətta bununla bağlı sosial şəbəkələrdə qızğın müzakirələr gedir.

Bəzi mütəxəssislər qeyd edirlər ki, dərslər əvvəlki qaydada 1 sentyabr - 30 may tarixləri arasında keçirilməlidir. Onların fikrincə, məktəblərin iyunun 15-də bağlanmasının uşaqların təhsilinə nəinki müsbət təsiri var, əksinə, məktəblilərin bu qədər gec tətilə çıxması onlara həm psixoloji, həm də fiziki cəhətdən mənfi təsir göstərir. Gərgin dərs ilinin başa çatmasını səbrsizliklə gözləyən uşaqlar onun iyunun ortasında başa çatmasını narahatlıqla qarşılayırlar. Məlumdur ki, artıq şagirdlər yorulub və onlar daha tez yay tətilinə çıxmaq istəyirlər. Bu da təbiidir. Onu da vurğulayaq ki, artıq məktəblərdə dərsliklər yığışdırılıb, respublikada ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi yekunlaşıb, bundan əlavə, dərs proqramı tamamilə bitib. Belə olduqda yayın istisində uşaqların məktəbə getməsinə nə ehtiyac var? Ekspertlər qeyd edirlər ki, dərs ilinin bu şəkildə uzadılması uşaqlara psixoloji təsir edir və onların məktəbə marağının azalmasına səbəb olur. Sirr deyil ki, bu gün heç 9, 10 və 11 sinif şagirdləri məktəbin qapısını açmırlar.

Dərs ilinin iyunun 15-də başa çatmasına etiraz edən ekspertlər bildirirlər ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası dəyər, nəinki iyunun ortasında bitməsinin. Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac duyulduğunu vurğulayan ekspertlər bildirirlər ki, uşaqlar yay tətilini səmərəli keçirsələr, növbəti dərs ilinə daha böyük həvəslə gələ bilərlər.xa0

Vurğulayaq ki, dərs ilinin iyunun 15-dək uzadılması valideyn və şagirdlərdən əlavə, müəllimlərin də narazılığına səbəb olur.

Tanınmış təhsil ekspertləri söhbətlərində bildirdilər ki, dərs ilinin iyunun 15-dək uzadılması dərsin keyfiyyətinə müsbət yox, mənfi təsir göstərir. Ekspertlər qeyd edirlər ki, tədris ilini uzadıb şagirdlərə stress yaşatmaqdansa, dərsin keyfiyyətini qaldırmaq daha məqsədəuyğun olardı.

Təhxadsil saxadhəxadsi üzxadrə eksxadpert Naxaddir İsxadraxadfixadloxadvxa0 bildirdi ki, gaxadgirdxadləxadrin təxadlim yüxadküxadnün azalxaddılxadmaxadsıxadnı dərs günxadləxadrixadnin saxadyıxadnın arxadtıxadrılxadmaxadsı hexadsaxadbıxadna dexadyil, təhxadsil proqxadramxadlaxadrınxaddaxadkı ikinxadci, üçünxadcü dəxadrəxadcəxadli, qəxadliz və laxadzımxadsız maxadtexadrixadalxadlaxadrın sıxadxışxaddıxadrılxadmaxadsı yoxadlu ilə də həll etxadmək olar: “Təhxadsixadlin səxadməxadrə və keyxadfiyxadyəxadtixadnin yükxadsəlxaddilxadməxadsixadni onun müdxaddəxadtixadnin uzaxaddılxadmaxadsı ilə həll etxadmək nəxadinxadki yexadgaxadnə yol, həm də o qəxaddər də uğurxadlu vaxadrixadant dexadyil. Müdxaddət təhxadsixadlin keyxadfiyxadyəxadti üçün heç də həxadmixadşə əvəxadzexaddilxadməz mexadyar saxadyıxadla bilxadməz. Məxadsəxadlən, bixadzim 6 yaşxadlı uşaxadğı məkxadtəxadbə gönxaddərxadməxadyixadmixadzə rəğxadmən, dünxadya təhxadsixadlixadndə nüxadmuxadnə saxadyıxadlan Finxadlanxaddixadyaxadda uşaqxadlar məkxadtəxadbə 7 yaşxaddan gexaddir və s. Beyxadnəlxadxalq təcxadrüxadbəxadni əsas göxadtüxadrüxadrükxadsə, bilxaddixadyim qəxaddər, dünxadyaxadnın müxxadtəxadlif ölxadkəxadləxadrinxaddə dərs ilixadnin başxadlaxadma və baxadşa çatxadmaxadsı taxadrixxadləxadri, ənəxadnəxadvi olaxadraq, iqxadlimxaddən və dərs yüxadkünxaddən asıxadlı olxadmaxadyaxadraq müxxadtəxadlifxaddir. Məxadsəxadlən, Ruxadsixadyaxadda ənəxadnəxadvi olaxadraq 1 senxadtyabr “Bixadlik güxadnü”dür. Məkxadtəbxadlixadləxadrin təxadtixadlə yolxadlanxaddıxadğı taxadrix isə maxadyın 25-dir. Gürxadcüsxadtanxadda dərs ili senxadtyabxadrın 10-dan sonxadra gəxadlən ilk baxadzar erxadtəxadsi güxadnü başxadlaxadyır. İranxadda və Türxadkixadyəxaddə də dərsxadlər senxadtyabrxadda başxadlaxadyıb iyun ayınxadda baxadşa çaxadtır. Bir çox məkxadtəbxadlərxaddə “Bixadlik güxadnü” senxadtyabr ayıxadnın ilk baxadzar erxadtəxadsi, yaxadxud cüxadmə axxadşaxadmıxadna təxadsaxaddüf edir və s”.

Tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov da hesab edir ki, dərs ilinin iyunun 15-dək uzadılması düzgün deyil: “İlk növbədə qeyd etmək istəyirəm ki, standartlar daim dəyişir və yenilənir. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil.

Xatırladım ki, 2016-cı ildən etibarən orta məktəblərdə dərs ili iyunun 14-dək uzadıldı. Hansı ki, uzun illərdir Azərbaycanda dərs ili sentyabrın 1-də başlayıb mayın 25-də bitirdi.

Dərslərin sentyabr ayının ortası başlaması normal deyil. Dərs ili bütün dünyada hansı ayda başlayırsa, o ayın əvvəli başlayır. Hətta spesifik ölkə olan Yaponiyada çox fundamental təhsil sistemi mövcuddur və burada dərslər aprelin 1-i başlayır. Yəni tədris ilinin ayın əvvəlində başlaması həm də tədris ilinin başa çatmasını nizamlaya bilər.

İnsanlar uzun müddət tədrisə sentyabrın 1-də başlayıblar və bu da psixoloji cəhətdən rahatlıq yaradır. Burada söhbət 15 gündən gedir. Sanki bu 15 gün ərzində şagirdlər 9 ay ərzində öyrəndiklərindən daha çox bilik qazanırlar. Təhsil sahəsinin zaman-məkan prinsiplərinə, daha çox milli mentalitet, milli psixologiyaya önəm verilsə, daha effektiv olar. Mən də hesab edirəm ki, dərslər və tədris ili 1 sentyabrdan başlamalı və may ayının sonunda bitməlidir. Bu həm də tamlıq deməkdir. İstər dərs saatlarının bölgüsündə, istər istirahət günü məsələsində bu vacibdir. Bu həm də valideynləri yay geyimi almaq üçün əlavə xərclərdən azad edər. Yəni 15 sentyabrda dərs başlayanda şagird yay geyimini 15-20 gün istifadə edə bilər və valideynlər qısa müddətdən sonra yenidən xərcə düşəcək. Amma dərslər 1 sentyabrdan başlasa, şagirdlər alınan məktəbli formasını bir az daha uzun müddət istifadə edəcək. 1 sentyabrdan dərslərin başlamasını vacib edən amillərdən biri də odur ki, şagirdlərin dərsi mənimsəməsi isti aylarda daha aşağı səviyyədə olur. Amma 1 sentyabr və mayın sonu Azərbaycanda sərin hava şəraiti olduğuna görə iyunun isti vaxtlarında şagirdlərin dərsə davam etməsi effektiv olmur.

Yenə də deyirəm, bu, dərs həftəsində hansısa azalma ilə müşahidə olunmayacaq. Çünki 14 iyunda bitən dərsi sentyabrda 15 gün əvvələ çəkməklə bərabərlik təmin olunur. Reallığı deyək ki, onsuz da mayın 20-dən sonra orta məktəblərdə ciddi şəkildə dərslər keçirilmir. Kitablar mayın sonunda şagirdlərdən alınır və onlar 15 gün ərzində məktəbə boşuna gedirlər”.

Tarix üzrə fəlsəfə doktoru, ekspert Məhərrəm Zülfüqarlı da bizimlə söhbətində tədris ilinin iyunun 15-dək uzadılmasına etiraz edir. M.Zülfüqarlı hesab edir ki, bu amil şagirdlərə mənfi təsir göstərir: “Dərslərin iyunun 15-nə qədər uzadılmasına münasibətim mənfidir. Bu barədə dəfələrlə fikrimi bildirmişəm. Tədris ilinin bu qədər uzadılmasının heç bir müsbət effekti yoxdur. Bu, əksinə, uşaqların daha çox yorulmasına, məktəbdən soyumasına səbəb olur. Sovet dövründə rayonlarda məktəbliləri noyabra qədər pambığa aparırdılar və bununla belə, o uşaqlar həm yaxşı oxuyurdular, həm də ali məktəbə yüksək biliklə daxil olurdular. Dərslər sentyabrın 1-i başlayıb mayın 25-də başa çatırdı. Demək istəyirəm ki, tədris vaxtının 15-20 gün uzadılmasının heç bir müsbət tərəfi yoxdur”.

M.Zülfüqarlı, həmçinin, qeyd etdi ki, tədris müddətini uzatmaqdansa, məktəblərdə təhsilin səviyyəsini yüksəltmək lazımdır. Ekspert hesab edir ki, məktəblərdə şagirdlərə yüksək səviyyədə dərslər keçirilərsə, tədris ilinin iyun ayına qədər uzadılmasına ehtiyac qalmaz. “Məktəblərdə yüksək keyfiyyətli dəsrlər keçirilsə, uşaqlarımıza lazımi biliyi vermək olar. Vaxt uzatmaqla keyfiyyətə mənfi təsir göstərir. Bizdə beynəlxalq təcrübəyə baxırlar ki, hansı ölkədə bu proses necə gedir. Bu məsələyə beynəlxalq prizmadan yox, Azərbaycanın öz spesifik xüsusiyyətlərindən yanaşmaq lazımdır” - deyə M.Zülfüqarlı bildirdi.(“Bakı-Xəbər”)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO