İrandan 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı

İrandan 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı

Hazırda oxunan: İrandan 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alındı
227781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, dekabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 56 kiloqram 575 qram narkotik vasitə (7 kq 45 qr heroin, 49 kq 120 qr marixuana, 410 qr metamfetamin), həmçinin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 11 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb.
 

Bildirilib ki, Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 68 kiloqram 275 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.


Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO