“İstərdim ki, Azərbaycan ordusu Ermənistana daxil olsun və biz öz yurdlarımıza qayıdaq...”

“İstərdim ki, Azərbaycan ordusu Ermənistana daxil olsun və biz öz yurdlarımıza qayıdaq...”

Hazırda oxunan: “İstərdim ki, Azərbaycan ordusu Ermənistana daxil olsun və biz öz yurdlarımıza qayıdaq...”

227535
“Ahıl yaşıma baxmayaraq doğma torpaqlarımıza qayıtmağa hazıram...”xa0

Bu sözləri Moderator.az -a Ermənistanda Azərbaycanla bağlı son müzakirələrlə bağlı açıqlamasında Qərbi Azərbaycanın Basarkeçər yurdunda dünyaya göz açmış sabiq deputat Maksim Musayev söylədi.xa0 Maksim müəllim bu dəfəxa0 dövlət başçısı İlham Əliyevin İrəvan, ümumiyyətlə, Qərbi Azərbaycan torpaqlarıyla bağlı son bəyanatlarının Ermənistan mediasında və yüksək vəzifəli məmurlar arasındakı müzakirəsindən bəhs etdi:xa0

“Ötən söhbətimizdə qeyd etdiyim kimi, bu günlərdəxa0 Ermənistanın məşhur tele-aparıcısı Petros Azaryanın “Epikentron” telekanalındakı verilişinə dəvət almış Baş nazir Nikol Paşinyanınxa0 Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ölkənin 3 əsas strateji məsələsi müzakirə olunub.xa0 Və təsadüfi deyil ki, birinci məsələ kimi Azərbaycan prezidenti İlham Əliyevin İrəvanın və hazırda “Ermənistan” adlanan digər ərazilərin qədim Azərbaycan torpaqları olması və onların qaytarılmasınınxa0 zəruriliyi haqdakı bəyanatları müzakirə olundu. İkinci məsələ korrupsiya, üçüncü isə Ermənistan sərhədlərinin toxunulmazlığı haqda idi.

Aparıcı Petros Azaryan vurğuladı ki, İlham Əliyevin İrəvan, Zəngəzur, Basarkeçər və s. haqdakı bəyanatı xırda məsələ deyil. Çünki bu, bir dövlətin başçısının dilindən çıxıb və dünya mətbuatında daxa0 məsələninxa0 müzakirəsi yer alır, məşhur tarixçilər bunu təhlil edirlər.xa0 Armen Qriqoryanda Azərbaycan prezidentinin bu bəyanatınıxa0 Ermənistan üçün ən böyük təhlükə saydığını bildirdi. O söylədi ki, Ilham Əliyevin dedikləri inandırıcı görünə bilər. Ermənilər söhbətlərində işarə etdilər ki, Azərbaycan prezidentinin babaları da bu torpaqlarda yaşayıb. Yəni, dolayısıylaxa0 xa0vurğuladılar ki, İlham Əliyevin babası Əziz Əliyev XIX əsrdə indiki Ermənistan torpaqlarında doğulub və yaşayıb. Onun nəvəsi əgər deyirsə ki, o yerlər bizim torpağımızdı, buna heç kəs heç nə deyə bilməz. Xülasə, belə görünür ki, Azərbaycanxa0 prezidentinin hakimiyyətdə olduğu dövrdə bir neçə dəfə məsuliyyətlə, ciddi şəkildə İrəvan, Qərbi Azərbaycan məsələsini qabartması erməniləri bərk təşvişə salıb. Təəssüf ki, bizim əlaqədar məmurlarxa0 və tarixçilər İlham Əliyevin belə bəyanatlarından irəli gələn bu cür məsələlərlə ciddi məşğul olmurlar...”

80 yaşlı ictimai-siyasi xadim doğulduğu qədim Azərbaycan torpaqlarına qayıtmaq arzusunu da dilə gətirdi.xa0

“...Mən isə o yurdların sakini kimi Prezidentin İrəvanla bağlı bəyanatlarını, həm də ordumuzun Naxçıvandan Ermənistana doğru irəliləməsini yüksək qiymətləndirir və alqışlayıram. Mənim atam Talıb Musayevxa0 sonradan “Ermənistan” adlanmış ərazinin Vedi rayonunda (hazırda həmin rayon Ararat adlanıb) yaşayıb və işləyib.xa0 Atam Vedidə rayon icraiyyə komitəsinin sədri, sonra isə rayon partiya komitəsinin birinci katibi kimi çalışıb. Bir müddət də Azərbaycanla sərhəd kəndlərində kolxoz sədri işləyib. Mən özüm 1950-cı illərdə Vedidə partiya komitəsində işləyəndə kəndlərdə erməni çox az idi. Sonradan orada Sovedaşen, Armaşxa0 sovxozları yaratdılar.xa0 Amma o kəndlərdə əsasən azərbaycanlılar çalışırdı, üzüm-filan yetişdirirdik. Özümüzəxa0 hər cür şərait yaradandan, ev tikəndən sonra bizi torpaqlarımızdan didərgin saldılar...

Mən bir vətəndaş, keçmiş deputat olaraq istərdim ki, Azərbaycan ordusu Vedi və Artaşat rayonlarına daxil olsun və həmin torpaqları Azərbaycana qaytarsın, oradan qovulmuş soydaşlarımız, o cümlədən biz öz yurdlarımıza qayıdaq. Mən də ahıl yaşda olmağıma baxmayaraqxa0 doğma torpaqlarımıza qayıtmağa hazıram...xa0

Və ümumiyyətlə, istərdim ki, biz daxildə Qarabağ məsələsi ilə paralel İrəvan, Qərbi Azərbaycan məsələsini də kəskin şəkildə qaldıraq ki, ermənilər anlasın ki, o torpaqlar heç vaxt onların olmayıb... İndiki vaxtda da Ermənistan daxilində klanlar, tayfalararası parçalanma güclənib. Parçalanmanı da əsasən qızışdıran keçmiş prezident Serjik Sərkisyanınxa0 partiyasıdır, Qarabağ klanıdır... Azərbaycan bu məqamdan yararlanıb çox işlər görə bilər...”-deyə Maksim Musayev vurğuladı.

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO