Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı İMZALANDI - FOTO

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı İMZALANDI - FOTO

Hazırda oxunan: Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı İMZALANDI - FOTO
227482
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi əməkdaşlıq danışıqlarının aparılması məqsədilə Serbiya Respublikasına səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nümayəndə heyəti Serbiya Respublikası müdafiə nazirinin köməkçisi cənab Predrag Bandiç tərəfindən qəbul edilib, daha sonra hər iki ölkənin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib.
 

Görüş zamanı tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti təhlil edilib və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda 2024-cü il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.


Səfər proqramına əsasən, nümayəndə heyəti Serbiya Respublikasının Sülhməramlı Əməliyyatlar Mərkəzini ziyarət edib və mərkəzin fəaliyyət istiqamətləri ilə tanış olub.

Rəsmi fəaliyyətlərin sonunda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Serbiya Respublikasının Müdafiə Nazirliyi arasında 2025-ci il üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı İMZALANDI - FOTO - foto 1
Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı İMZALANDI - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO