Təyyarə qəzasında həlak olanların xatirəsinə Xəzərə çələnglər BURAXILDI - FOTO/VİDEO

Təyyarə qəzasında həlak olanların xatirəsinə Xəzərə çələnglər BURAXILDI - FOTO/VİDEO

Hazırda oxunan: Təyyarə qəzasında həlak olanların xatirəsinə Xəzərə çələnglər BURAXILDI - FOTO/VİDEO
227216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AZAL-ın Bakı-Qroznı aviareysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinə əklil və çələnglər buraxılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
 

Mərasim Azərbaycanın “Zərifə Əliyeva” bərəsində Qazaxıstanın Kurık limanında baş tutub.


Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.




Təyyarə qəzasında həlak olanların xatirəsinə Xəzərə çələnglər BURAXILDI - FOTO/VİDEO - foto 1
Təyyarə qəzasında həlak olanların xatirəsinə Xəzərə çələnglər BURAXILDI - FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO