Zərdabda Kür çayında batması ehtimal olunan yeniyetmənin FOTOSU

Zərdabda Kür çayında batması ehtimal olunan yeniyetmənin FOTOSU

Hazırda oxunan: Zərdabda Kür çayında batması ehtimal olunan yeniyetmənin FOTOSU
226970
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi ötən gün Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 13 yaşlı yeniyetmə Saray Kərimli batıb.

Bizim.Media-nın Aran bürosu faciəvi şəkildə həyatını itirən 8-ci sinif şagirdinin fotosunu əldə edib.
 

Qeyd edək ki, Saray Kərimli ötən gün səhər məktəbə getmək adı ilə evdən çıxıb. Sonradan isə onun Kür çayında batdığı bildirilib.


Zərdabda 13 yaşlı yeniyetmənin Kür çayında batması ehtimalı ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən axtarışlar davam edir.

Azyaşlının atasının sözlərinə görə, ötən gün səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu və hüquq mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda azyaşlının axtarışları davam etdirilir.

Bizim.Media yeniyetmənin fotosunu təqdim edir:

Zərdabda Kür çayında batması ehtimal olunan yeniyetmənin FOTOSU - foto 1
Zərdabda Kür çayında batması ehtimal olunan yeniyetmənin FOTOSU - foto 2


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO