Sənədsiz evlərin tükənməyən dərdi - VİDEO

Sənədsiz evlərin tükənməyən dərdi - VİDEO

Hazırda oxunan: Sənədsiz evlərin tükənməyən dərdi - VİDEO
226434
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sakinlər Baku TV-nin qaynar xəttinə kanalizasiya problemlərinin işıqlandırılması üçün müraciət edirlər.

Bizim.Media xatırladır ki, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Plana uyğun olaraq, hazırda Bakı əhalisinin təqribən 72 faizi mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir. Yəni şəhərin mərkəzi hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub.

Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə sistemin qurulması üçün layihə sənədləri hazırlanıb.
 

Buna kimi isə sakinlər ciddi problemlərlə qarşı-qarşıya qalırlar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə, əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.


"Ümumiyyətlə, hər hansı təchizata qoşulmaq üçün sənədlər tələb olunur. "ASAN kommunal"da həmin sənədlərin dəqiqliyi müəyyənləşəndən sonra əgər ərazidə 30 metrdən uzaq olmayaraq hər hansı şəbəkə varsa, həmin abonentin o şəbəkəyə qoşulması təmin olunur".

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO