AZAL Naxçıvana səyahət edənlərə MÜRACİƏT ETDİ

AZAL Naxçıvana səyahət edənlərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: AZAL Naxçıvana səyahət edənlərə MÜRACİƏT ETDİ
226047
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır. Bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə rahatlığı təmin etmək və ən uyğun uçuş vaxtını seçmək üçün aviabiletləri öncədən almaq məsləhət görülür.


Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiq vasitəsilə və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO