Naxçıvanda bəbir cəsədi tapıldı - FOTO

Naxçıvanda bəbir cəsədi tapıldı - FOTO

Hazırda oxunan: Naxçıvanda bəbir cəsədi tapıldı - FOTO
22543
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda bəbir ölüb.

Bu barədə Bizim.Media-ya Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ordubad rayonu ərasində 1915 metr dəniz səviyyəsindən hündürlükdə qalın qar örtüyü əridikdən sonra yarıçürümüş halda bəbir cəsədi aşkar olunub:

“Hadisə yerinə Naxçıvan MR təbiəti mühafizə və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin müayinələr zamanı güllə yarası aşkar edilməyib. Yumşaq toxumalardan analiz üçün nümunələr götürülüb. Bəbirin ölümünün səbəbi təbii amillər, xüsusən də qar uçğunu, olduğu nəticəsinə gəlinib. Heyvanın cəsədi təbii parçalanma prosesi bitdikdən sonra skelet formasında saxlanılacaqdır. Hadisə yerində olan dövlət təmsilçiləri bəbirin baş və pəncələrini təsadüfi adamlar tərəfindən aparılmasın deyə cəsədi götürüblər".

WWF Azərbaycan nümayəndəliyidən qeyd edilib ki, həmin bəbir əvvəllər kameralara düşməyib:

"Təəssüf edici xəbər də odur ki, tələf olan fərd dişi imiş və yerli populyasiyanın inkişafında əsaslı rol oynaya bilərdi. Təbiətin qanunları belədir - doğum olan yerdə ölüm də olur”.

Bizim.Media

Naxçıvanda bəbir cəsədi tapıldı - FOTO - foto 1
Naxçıvanda bəbir cəsədi tapıldı - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO