“Boşanmalara daha çox ailələrin və yaxın qohumların münasibətləri təsir göstərir”- Bahar Muradova

“Boşanmalara daha çox ailələrin və yaxın qohumların münasibətləri təsir göstərir”- Bahar Muradova

Hazırda oxunan: “Boşanmalara daha çox ailələrin və yaxın qohumların münasibətləri təsir göstərir”- Bahar Muradova
224911
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Boşanmalara bəzən ailələrin və yaxın qohumların da münasibətləri təsir göstərir. Düşünürəm ki, bəlkə də daha çox bu məsələ problem yaradır”.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fəxri xiyabanda jurnalistlərə açıqlamasında deyib. Komitə sədri qeyd edib ki, boşanmaların səbəbləri ilə bağlı media orqanları, qeyri-hökumət təşkilatları, müvafiq mərkəzlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də əlaqədar dövlət qurumları tərəfindən təhlillər aparılır:

“Təhlillər zamanı müxtəlif səbəblər meydana çıxır ki, bunlar, psixoloji, sosial, uyğunsuzluq, qərarın sürətli verilməsi kimi faktorlardır. Hesab edirəm ki, boşanma qərarını vermək insan həyatında ən vacib seçimlərdən biridir. Bu seçimi edərkın ciddi düşünmək və imkanları dəyərləndirmək lazımdır. Bunun üçün isə maarifləndirmə və məlumatlandırma olmalıdır ki, biz də bu istiqamətdə fəaliyyət göstəririk. Boşanmaları aradan qaldırmaq üçün zamana, daha çox məlumatlandırmaya və məsuliyyət hiss etməyə vadar edən təbliğat aparmağa ehtiyac var.

Bunun üçün isə medianın dəstəyinə ehtiyac var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO