DİQQƏT: DYP Bakı-Şamaxı yolu ilə bağlı sürücülərə müraciət etdi

DİQQƏT: DYP Bakı-Şamaxı yolu ilə bağlı sürücülərə müraciət etdi

Hazırda oxunan: DİQQƏT: DYP Bakı-Şamaxı yolu ilə bağlı sürücülərə müraciət etdi
224662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.

Bizim.Media xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciətində qeyd edilib.
 

Bildirilib ki, yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.


Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO