“O, ailəyə, qadına sevginin nümunəsi idi”

“O, ailəyə, qadına sevginin nümunəsi idi”

Hazırda oxunan: “O, ailəyə, qadına sevginin nümunəsi idi”

224263
Hadi Rəcəbli: “Heydər Əliyev Azərbaycan qadınının gözəlliyini də, mənəviyyatını da hər zaman yüksək qiymətləndirib”

“Ulu Öndər Heydər Əliyev ailəyə, qadına sevginin, ehtiramın nümunəsi idi. Ümummilli lider Azərbaycan qadınının gözlliyini də, mənəviyyatını da hər zaman yüksək qiymətləndirmişdir”.
Moderator.az xəbər verir ki, bunu millət vəkili Hadi Rəcəbli Beynəlxalq Muğam Mərkəzində təkil olunan Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə səsləndirib.xa0

H.Rəcəbli qeyd edib ki, Heydər Əliyev qadın hüquqlarının genişləndirilməsi istiqamətində böyük işlər görüb, cidid yeniliklərə imza atıb:

“Heydər Əliyev qadın hüquqlarının qorunması və genişləndirilməsi istiqamətində mühüm addımlar atmış, böyük yeniliklər həyata keçirmişdi. Qadın hüquqları ilə bağlı parlamentdə də bir çox qanunlar qəbul edilmişdi ki, onların bəziləri inqilabi yeniliklər idi. Hansı ki, bu yeniliklərə birmənalı münasibət yox idi. Lakin Heydər Əliyevin qətiyyəti sayəsində qadın hüquqlarının inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirildi ki, bu da qadın hüquqlarının daha əhatəli şəkildə qorunmasını təmin etdi. Bu baxımdan qadın hüquqlarının qorunmasında, inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır”.

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO