İtmiş pişik 2 aydan sonra sahibinin yanına qayıdıb

İtmiş pişik 2 aydan sonra sahibinin yanına qayıdıb

Hazırda oxunan: İtmiş pişik 2 aydan sonra sahibinin yanına qayıdıb
224160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Reyn Beau adlı balaca boz pişik (onun adı "Göy qurşağı" kimi tələffüz olunur) Yellowstone Milli Parkından Kaliforniyadakı evinə qədər "planlaşdırılmamış" 1448 kilometrlik səyahətini başa vurub.

Bizim.Media xəbər verir ki, pişik sahibləri ilə birlikdə ziyarət etdiyi ABŞ-ın ən qədim milli parkında itib.
 

Sahibləri onu dörd gün axtarsalar da, pişiyin sevimli şirniyyatlarından və oyuncaqlarından istifadə etsələr də, nəticəsi olmayıb. Cütlük pişiyini tapa bilməyəndə Kaliforniyanın Salinas şəhərindəki evlərinə qayıtmalı olublar.


Bununla belə, pişiklərindəki mikroçip sayəsində Anguina cütlüyü pişiyi itdikdən 60 gün sonra tapıblar. Kaliforniya ştatının Roseville şəhərində ev heyvanlarını izləmə xidməti cütlüyə pişiklərinin tapıldığı barədə məlumat verib. Məlumata görə, pişiyi avqustun 3-də küçədə gəzən qadın tapıb. Pişiyin tapıldığı zaman onun təxminən 2,7 kiloqram arıqladığı müəyyən edilib.

Rayne Beau-nun Yellowstone-dan Roseville-ə necə getdiyi məlum deyil. Lakin sahibləri onun bunu tək etmədiyini düşünürlər.

"Mən onun bu səyahəti təkbaşına etdiyinə inanıram. Pəncələri çox incinib. O, bədən çəkisinin 40%-ni itirib, qidalanma səbəbiylə protein səviyyəsi aşağı düşüb”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO