Lerikdə ərazi icra nümayəndəsinin meyiti TAPILDI

Lerikdə ərazi icra nümayəndəsinin meyiti TAPILDI

Hazırda oxunan: Lerikdə ərazi icra nümayəndəsinin meyiti TAPILDI

224078

Lerik rayonunda Kiravud kənd ərazi icra nümayəndəsi, 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb.

Lerik Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, Ş.Əliyev işində nümunəvi, məsuliyyətli və gözəl xasiyyətli biri olub.

Onun ölüm səbəbləri isə hələlik məlum deyil.


Hazırda rayon hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

 

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO