Cəlilabadda baş verən ağır qəzanın TƏFƏRRÜATI

Cəlilabadda baş verən ağır qəzanın TƏFƏRRÜATI

Hazırda oxunan: Cəlilabadda baş verən ağır qəzanın TƏFƏRRÜATI

223827

Cəlilabadda baş verən ağır yol qəzası ilə bağlı yeni təfərrüatlar məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb.

Qəzada Ağcabədi rayon sakini olan və soğan satışı ilə məşğul olan şəxs “Ford” markalı yük avtomobilini idarə edərkən Cəlilabad sakini Əyyub Əsədovun idarə etdiyi “Vaz 21010” markalı minik avtomobili ilə toqquşub.

İlkin ehtimallara görə, "Ford" markalı avtomobilin sürücüsü yuxulu vəziyyətdə olduğundan nəqliyyat vasitəsi yoldan çıxaraq qarşı zolağa keçib və qəza baş verib.

Nəticədə minik avtomobilinin sürücüsü Əyyub Əsədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilinin sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO