Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO

Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO

Hazırda oxunan: Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO
223650
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xətai rayonu, Xocalı prospektində və Afiyyədin Cəlilov küçəsində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir:
 

“Belə ki, avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.


İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq.

Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq”.

Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO - foto 1
Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO - foto 2
Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO - foto 3
Bu ərazidə axşam saat 22:00-dan sonra maşın saxlaya bilərsiniz - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO