Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO

Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO
223639
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Belə ki, 2-7 dekabr tarixində Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.
 

Bununla da UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 24-ə çatdırılıb.


Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilib. Elementin siyahıya daxil edildiyi 19-cu Sessiyada Mədəniyyət Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyimiz və UNESCO üzrə Milli Komissiya təmsil olunur. Sessiya öz işini 7 dekabra qədər davam edəcək.

Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO - foto 1
Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO - foto 2
Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO - foto 3
Azərbaycanın təndir çörəyi UNESCO-nun siyahısına DAXİL EDİLDİ - FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO