Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO

Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO

Hazırda oxunan: Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO
223507
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xaçmaz rayonunda xurma yetişdirən fermerlər satış problemi ilə üzləşirlər. Rayonun ayrı-ayrı kəndlərindən olan təsərrüfat sahibləri bu meyvənin satışının çox zəif olduğunu bildirirlər.

Bizim.Media-nın yerli bürosuna danışan fermerlər deyir ki, yerində alverçilər bağlardan xurmanın bir yeşiyini 2 – 2.5 manata alırlar. Bu da meyvənin bir kiloqramının 20 qəpiyə, yəni dəyər-dəyməzinə satılması deməkdir.

Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 4

Daxili bazarda da qiymət təxminən eynidir. Belə ki, yerli bazarda xurmanın bir kiloqramı 20-30 qəpiyə satılır.

Bu səbəbdən bəzi kəndlilər ucuz satıldığına görə məhsulu ağacdan yığmağa lüzum görmürlər. Ağacın dibinə tökülən meyvələr isə çürüyüb gedir.

Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 5

Məsələyə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən münasibət bildirilib. Qeyd olunub ki, rayonda 749 hektar xurma sahəsi var:

“Hazırda xurma yığımı davam edir. İndiyədək rayonda 6924 ton məhsul yığılıb. Artıq yığım yekunlaşıb”.

Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 6

Qurumdan bildirilib ki, xurmaçılıq Xaçmazın kənd təsərrüfatında əsas sahələrdən deyil:

“Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdiriblər. Son illər fermerlər bu meyvənin satışı zəif olduğuna görə əkilməsinə çox önəm vermirlər, xurmadan daha gəlirli olan almanın və  gilasın daha məhsuldar sortlarını əkməyə üstünıük verirlər. Xurmanın ən bahalı növü olan Şişburun, həmçinin digər məhsuldar sortlar  əsasən Göyçay və digər aran rayonlarında yetişdirilir və xarici bazarlara göndərilir.

Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 7

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən o da qeyd olunub ki, satış məsələləri özəl olduğu üçün qurum fermerlərə bu məsələdə müdaxilə etmir.

Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 1
Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 2
Məhsul bol, qiymət SUDAN UCUZ – Xaçmazda xurma bağlarda QALDI – FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO