Bu gün Şəkidə Beynəlxalq Teatr Festivalı başlayır - FOTO

Bu gün Şəkidə Beynəlxalq Teatr Festivalı başlayır - FOTO

Hazırda oxunan: Bu gün Şəkidə Beynəlxalq Teatr Festivalı başlayır - FOTO
223171
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 1-də Şəkidə IV Beynəlxalq Teatr Festivalı başlayır.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər.

Günün ikinci yarısında, axşam saatlarında Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.

Rəsmi hissədən sonra tamaşaçılara Şəki Dövlət Dram Teatrının kollektivinin görkəmli ingilis dramaturqu Uilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası əsasında hazırladığı tamaşa təqdim ediləcək.

Bu gün Şəkidə Beynəlxalq Teatr Festivalı başlayır - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO