Kürdəmirdə mikroavtobus yük maşınına çırpıldı - FOTO

Kürdəmirdə mikroavtobus yük maşınına çırpıldı - FOTO

Hazırda oxunan: Kürdəmirdə mikroavtobus yük maşınına çırpıldı - FOTO
218989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral  yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "FORD TRANZİT” markalı mikroavtobusun sürücüsü Kürdəmir rayon Karrar kənd sakini Cəlilov Anar Xanalı oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Mürfət Ağayevin idarə etdiyi DAF markalı yük maşınına çırpılıb.

Nəticədə FORD-da olan sərnişinlər rayonun Karrar kənd sakinləri 72 yaşlı Dadaşova Cəmilə Ziyafəddin qızı və 47 yaşlı Cəfərov Azər Abdul oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO