”Bakmil”ə gedənlərin NƏZƏRİNƏ: Qatarların hərəkət cədvəli dəyişdirilir – FOTO

”Bakmil”ə gedənlərin NƏZƏRİNƏ: Qatarların hərəkət cədvəli dəyişdirilir – FOTO

Hazırda oxunan: ”Bakmil”ə gedənlərin NƏZƏRİNƏ: Qatarların hərəkət cədvəli dəyişdirilir – FOTO
218660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah "Bakı Metropoliteni" QSC-nin “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.

Bu barədə Bizim.Media-ya QSC-dən bildirilib.
 

Belə ki, Bakı metropolitenində hərəkətin təşkili sistemlərinin rəqəmsal texnologiyalara keçidi istiqamətində mühüm yeniliyin tətbiqi nəzərdə tutulur. Metropoliten mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırlıb. İşlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqlar müsbət nəticələr verib. Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bu səbəblə də qatarların hərəkət cədvəlinə dəyişiklik edilib.


Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti Bakı metropoliteni saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun olaraq bərpa olunacaq.

Noyabr ayının 1-də “Bakmil” stansiyası istiqamətində və əksinə olmaqla tətbiq ediləcək hərəkət qrafiki belə olacaq:

”Bakmil”ə gedənlərin NƏZƏRİNƏ: Qatarların hərəkət cədvəli dəyişdirilir – FOTO - foto 1
”Bakmil”ə gedənlərin NƏZƏRİNƏ: Qatarların hərəkət cədvəli dəyişdirilir – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO