...26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ənxa0 təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır...xa0 1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasındaxa0 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırır.

(Ali Sovetin 1992-ci il martın 24-də keçirilmiş fövqəladə sessiyası. Xocalı şəhər İcra Hakimiyyəti başçısı Elman Məmmədovun çıxışının davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: //www.moderator.az/news/218420.html)
xa0“...Xocalılar adındanxa0 tələbim budur ki, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərində kim cavabdehlik daşıyıb, həmin adamlar haqqında hansı tədbirlər görülüb və görüləcəksə, bilməliyik. Bu məsələyə cavab verilməlidir. Biz xocalılara və rayonun prokuroru, fabrikin dirrektoru, “aqroprom”un sədrinə məlumdur ki, fevralın 12-dən 25-dək müxtəlif səlahiyyətli şəxslər tərəfindən Xocalıya yol açmaq və Xocalını müdafiə etmək üçün əməliyyat hazırlanıb. Əməliyyatlar kim tərəfindən pozulub, məqsəd nə olub? Mən bu suala cavab ictəyirəm. Məlumdur ki, o dövrdə kimlər gəlib, Ağdamda kimlər olub, onlar nə məqsədlə gəliblər, nə üçün əməliyyat dayandırılıb və yaxud dəyişdirilib, kim belə komanda verib?..

Xocalı faciəsi fevralın 25-də axşam saat 11 radələrində başlanıb, indi isə 1992-ci il mart ayının 24-dür. Bir ay keçməsinə baxmayaraqxa0 nə Ali Sovet, nə Nazirlər Kabineti, nə də Prezident Aparatı tərəfindən Xocalı qaçqınlarına aid olan, onların problemlərini minimum həll edə bilən rəsmi dövlət qərarı yoxdur... Xocalılara qayğını xalq, ictimaiyyət və ictimai təşkilatlar göstərir. Nəyə görə dövlət qayğısı olmasın? Axı biz o qaçqınlar kimi gəlməmişik? İndi baxırıq ki, Ağdamdan üzü bəri Kürə qədər bütün rayonlar, mən üzr istəyirəm hamıdan, itinin yal qabına qədər götürüb gəlir. Axı biz ayaqyalın, başıaçıq gəlmişik...xa0
“Hərbi vertolyotlar Xocalıdan 300-dək qadın, uşaq və xəstə çıxarıblar...”
1991-ci il noyabrın 1-dən etibarən Xocalıya gediş-gəliş ancaq vertolyotla olub. Noyabrın 1-də səhər-səhər bizim Xocalıdan Əsgərana gedən “UAZ” maşınımızı Əsgəranda güllələdilər, iki nəfər öldü, biri yaralandı. Bununla da gediş-gəlişxa0 kəsildi, yol hörüldü. Başladıq vertolyotla gedib-gəlməyə. Yanvarın 28-də axırıncı mülki vertolyot da Xocalıdan getdi, bu əlaqə də kəsildi. Fevralda hərbi vertolyot cəmi 4-5 reys edib, yəni ayın 4-ü, 5-i, 9-u və 23-də. Bu müddətdə hərbi vertolyotlar Xocalıdan 300-dək qadın, uşaq və xəstə çıxarıblar...xa0xa0

Mən bu sualla müraciət edirəm ki, respublika bizi qoruya,xa0 bizim yolumuzu aça bilməyəcəkdisə, niyə ümid verib orada saxlayırdı? Nəyə görə demirdilər ki, başınıza çarə qılın? Birincisi, başımıza çarə qılmağa imkan yox idi, istəsək də, çıxmaq mümkün deyildi. Biz özbaşına çıxa bilməzdik. Göylə uçmayacaqdıq ki, nə də tunelimiz var idi, içindən keçib gedək. Bizi azad eləmək və oradan çıxarmaq lazım idi...xa0
“Sonradan Dadaş Rzayev əməliyyatdan uzaqlaşdırıldı, oraya Şahin Musayev göndərildi...”
Fevralın 10-u mən müdafiə naziri Dadaş Rzayevin yanında olmuşam, xəritənin üstündə qaralamışıq, işləmişik, ermənilərin qüvvələrininxa0 sayını da demişdim.xa0 Demişdim ki, Əsgəranda 3 və ya 4 “BTR” var, siz o tərəfdən hücum edin, mən də olan qüvvəmizlə 30-50 nəfər avtomatçıyla bu tərəfdən qalaya hücum edərəm, vuraq yolu açaq. Əməliyyat hazırlanmadı da, çünki fevralın 13-də həmin Dadaş Rzayev Gəncədə hərbi aerodromda mənimlə görüşdü, dedi ki,xa0 bir-iki günə əməliyyatı başlayırıq. Sonradan Dadaş Rzayev əməliyyatdan uzaqlaşdırıldı, oraya Şahin Musayev göndərildi. Mən belə bilirəm,xa0 xa0bəlkə də səhv edirəm. Niyə belə oldu, səbəb nə idi?..xa0
“Biz qumara qoyulduq, bizə xəyanət olundu...”
Bilirsinizmi, mən ürəkdən deyirəm, bütün xocalılar adından deyirəm. Özü də heç bir xocalı məndən inciməz. Biz Xocalıda həlak olan bütün şəhidlərimizi torpağımıza qurban deyirik. Razı olardıq ki, heç sağ adam da çıxmasın, hamımız da qırılaq. Ancaq bu şərtlə ki, biləsən ki, bu, mərdi-mərdanə döyüşdür.xa0 Bu, mərdi-mərdanə şəhidlikdir, mərdi-mərdanə həlak olmaqdır. Ancaq biz bilirik ki,xa0 biz ortaya alverə qoyulduq. Biz qumara qoyulduq, bizə xəyanət olundu. Biz bunu bilirik, ona görə də bu dərd bizi hamısından çox ağrıdır... Nə olar, Azərbaycan xalqı mövcud olandan və Azərbaycan torpağı olandan bəlkə minlərlə şəhidlərmiz olub. Qoy Xocalı şəhidləri də onların sayını artırsınlar. Respublikada gedən hakimiyyət uğrunda mübarizəyə görə bilmirəm, kürsü müharibəsinə bilmirəm, dartışmaya görəmi bilmirəm, nəyə görə isə bütöv bir eli-obanı qurban vermək – namərdlikdən başqa bir şey deyil. Bax, bunu biz heç kəsə bağışlaya bilmirik. Söhbət bundan gedir...xa0

Bəzən məndən soruşurlar ki, kim edib, mən demirəm və deməyəcəyəm. Mən onda açıq deyəcəyəm ki, rəsmi istintaq orqanları, respublika prokurorluğu tərəfindən, deputat komissiyası , dövlət komissiyası yaradılıb rəsmi qaydada istintaq başlansın. Onda hər birimiz sözümüzü deyək ki, kim günahkardır. Yoxsa dururuq burada, üzr istəyirəm,xa0 sessiyada başlayırıq dartışmağa, döyüşməyə. O deyir ki, bu ona cavab qaytarır, höcətləşir,xa0 mənasız işlərlə məşğul oluruq. Sərtliklə, ciddiliklə,xa0 tələbkarlıqla, nizam-intizam yaratmaq lazımdır. Dövlətlər arasında gedən müharibəni biz ayrı-ayrı dəstələrin, kəndlərin, rayonların müharibəsinə çevirmişik. Olmaz axı belə. Vahid ordu, vahid ordunun vahid komandanı olmalıdır və həmin ordu o biri ordu ilə müharibə aparmalıdır. İndiyədək Dağlıq Qarabağda elə olmayıb ki, bir kəndə erməni rusla birgə hücum etməsin. Erməni heç yerə tək hücum etməyib. Erməninin işi-peşəsi Xocalıyla dartışmaq idi. Gəlirdi, burunlarını əzirdik, qaytarırdıq. Axırda gətirdi ordusunu, bizi qırdı. O orduya qarşı ordu çıxarmaq lazım idi. Orduya qarşı dəstəxa0 çıxarmaq olmaz...xa0
Mən uzunçuluq etdiyim üçün üzr istəyirəm. Biz bunu rəsmiləşdirəcəyik, bütün xocalılar adından rəsmi dövlət orqanları qarşısında məsələ qaldıracağıq. Başımız bu saat dəfnlərə qarışıqdı, bizim meyitlərimizi gətirirlər...xa0 xa0
“Ağdamdakı dəstələrə Xocalı camaatı adından böyük minnətdarlığımı bildirirəm...”
Yeri gəlmişkən, Ağdamda fəaliyyət göstərən dəstələrə bütün Xocalı camaatı adından böyük minnətdarlığımı bildirirəm. Onlar kömək edirlər ki, bir ay da keçsə, gedib meyitlərimizin, heç olmasa, qalıqlarını tapıb, gətirib basdıraq, dəfn edək. Çox sağ olsunlar...xa0
Axırda biz də sözümüzü deyəcəyik. Biz də nə isə tələb edəcəyik. Mən ümid edirəm ki, bizim Ali Sovet daha məhsuldar işləyəcək. Bizim deputatlarımız öz işlərinə daha məsuliyyətlə yanaşacaq.”Qarabağ məsələsinə baxılır” deyiləndə hamı zaldan durub siqaret çəkməyə getməyəcək. Bu, vicdansızlıqdır, gedənlərə deyirəm mən, çox üzr istəyirəm...”
(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh. 99-102)xa0
(Davamı var)
Təqdim etdi: Sultan Laçınxa0




































































































