Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB - FOTO

Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB - FOTO

Hazırda oxunan: Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB - FOTO
218234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Azər Qəhrəman oğluna məxsus "Boladi" şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitar-gigiyenik norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, şadlıq evində mətbəxin layihələndirilməsinin texniki normativ tələblərə uyğun olmadığı, məhsulların müvafiq temperaturda saxlanması üçün şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO