Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO

Hazırda oxunan: Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO
218177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, Ankara Şəhər Şurası və TİMBİR-in birgə təşkilatçılığı ilə Ankara şəhərində Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu baş tutub.

Bizim.Media xəbər verir ki, Həmrəylik Forumu Ankara Şəhər Şurasında keçirilib.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 19


Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 1
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 2
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 3


“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB-nin sədri, layihə rəhbəri Toğrul Allahverdili qonaqları salamlayaraq, keçirilən beynəlxalq forumun Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. Azərbaycanın 30 il erməni işğalı altında qalan ərazilərində işğalçı dövlət tərəfindən ekoloji terror həyata keçirildiyini diqqətə çatdırıb.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 20

Toğrul Allahverdili qardaş Türkiyənin Ankara şəhərində Türk Aviasiya və Kosmik Sənaye şirkətində törədilmiş amansız terror aktını qınayaraq, baş vermiş bu faciə ilə əlaqədar həlak olanlara Allahdan rəhmət, onların ailələrinə və Türkiyəyə dərin hüznlə başsağlığı verib.

O, Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayıb. “Tam əminik ki, törədilmiş terror aktları Türkiyəni sarsıda və haqq yolundan döndərə bilməz”, – deyə o bildirib.

Layihəni gerçəkləşdirmə məqsədlərindən danışan T.Allahverdili 2024-cü ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edərək, Azərbaycanın COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcəyini vurğulayıb.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 21

Açılış çıxışlarından sonra protokol çıxışlarına yer verilib.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 22

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Əlaqələr Şurasının üzvü, professor Aygün Attar, Ankara Bələdiyyəsinin başqan vəkili Faruq Köylüoğlu, Azərbaycan Gənclər Fondunun Naxçıvan Nümayəndəliyinin rəhbəri Arzu Qasımov, Türk İnternet Media Birliyinin sədri, Ankara Şəhər Şurasının sədr müavini Süleyman Basa, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxış edərək, Azərbaycan və Türkiyənin iqlim siyasətindən bəhs ediblər.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 23

Çıxışçılar hər iki dövlət tərəfindən qeyd olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə inandıqlarını bildiriblər.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 4
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 5
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 6

Daha sonra COP29 ilə bağlı qısa video-çarx nümayiş olunub.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 7
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 8
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 9

Şimali Kipr Azərbaycan Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun moderatorluğu ilə keçirilən “Türkiyə-Azərbaycan: İqlim Həmrəyliyi” panelində fəlsəfə doktoru Günay Nəbi, Ankara Şəhər Şurasının Gənclər Məclisinin başqanı Xəlil Ecer, jurnalist Günay Arda və Gənclərin İnkişaf və Karyera Mərkəzinin koordinatoru Jalə Həsənova forumdan irəli gələn mövzuları müzakirə ediblər.

Sonda iştirakçılara plaketlər təqdim olunub və xatirə şəkli çəkdirilib.

Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 10
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 11
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 12
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 13
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 14
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 15
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 16
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 17
Ankarada Azərbaycan-Türkiyə Gənclərinin Yaşıl Dünya Naminə Həmrəylik Forumu keçirildi -FOTO/VİDEO - foto 18


Qeyd edək ki, forum Ankarada vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşləri davam etdirəcək.


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO