“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO

Hazırda oxunan: “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO
216121
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial layihələrə xüsusi önəmlə yanaşan “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir.

Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan “Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib gəlmişdir. “Nar” bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraq uzun illərdir ki, “Təlim Məktəbi” layihəsini davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO - foto 1
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO - foto 2
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO - foto 3
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO