Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO

Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO

Hazırda oxunan: Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO
215455
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla - Ula, Bolu - Gerede, Uşak - Eşme, Akhisar - Taşkuyucak, Balıkesir - Edremit, Manisa - Alaşehir, İzmir - Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa - Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:

"Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib".



Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO - foto 1
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO - foto 2
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO - foto 3
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO - foto 4
Amfibiya təyyarəmiz Türkiyədən qayıtdı – FOTO/VİDEO - foto 5


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO