Qobustan qəsəbəsinin sakinləri yolların baxımsız olmasından ŞİKAYƏTÇİDİRLƏR

Qobustan qəsəbəsinin sakinləri yolların baxımsız olmasından ŞİKAYƏTÇİDİRLƏR

Hazırda oxunan: Qobustan qəsəbəsinin sakinləri yolların baxımsız olmasından ŞİKAYƏTÇİDİRLƏR
215036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yeni yaşayış massivi 1A ünvanında yaşayan sakinlər yolların vəziyyətindən narazıdır.

Bizim.Media xəbər verir ki, onlar şikayətlərində bildirirlər ki, vaxtilə orada yerləşən dəmir yolu söküldükdən sonra ərazi baxımsız qalıb:

"Yollarımız baxımsız vəziyyətdədir. Uşaqlarımız məktəbə gedib-gələ bilmirlər. Ərazidə əvvəl dəmir yolu var idi. Daha sonra bu yol söküldü və ancaq betonlar və torpaq qaldı. Hələ də bu yolun asfaltlanması istiqamətində işlər görülmür. Yol torpaq olduğu üçün yağış yağanda palçıq olur, hərəkət etmək müşkülə çevrilir. Nə işə gedə bilirik, nə də uşaqlarımız dərsə gedə bilir".

Mövzu ilə bağlı oxu.az Qobustan Qəsəbə Bələdiyyəsinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan ərazidəki vəziyyətdən xəbərdardırlar və yaxın gələcəkdə yola asfalt qatı döşənəcək:

"Sözügedən ünvanda yollar ölçülüb, torpağın üzərində hamarlanma işləri görülüb. Yaxın gələcəkdə - COP29 tədbirindən ya əvvəl, ya da sonrakı ayda 1 200 metrlik yolda asfaltlama işləri görüləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO