Bakının məşhur restoranında saxta araq və viski aşkarlandı – FOTO

Bakının məşhur restoranında saxta araq və viski aşkarlandı – FOTO

Hazırda oxunan: Bakının məşhur restoranında saxta araq və viski aşkarlandı – FOTO
214915
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 14/16 ünvanında fəaliyyət göstərən “The Crown” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, həmçinin aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. 
 

Bildirilib ki, iaşə obyektində idxal sağlamlıq aktı olmayan və saxtalaşdırma əlamətləri olan “Absolut Vodka” əmtəə nişanlı 2 ədəd 0.5 litrlik və 2 ədəd 0.7 litrlik, həmçinin idxal sağlamlıq aktı olmayan “Jack Daniels” əmtəə nişanlı 1 ədəd 3 litrlik spirtli içki məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. 


Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib, obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. 

Bakının məşhur restoranında saxta araq və viski aşkarlandı – FOTO - foto 1
Bakının məşhur restoranında saxta araq və viski aşkarlandı – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO