Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər KEÇİRİLDİ - FOTO/VİDEO

Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər KEÇİRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər KEÇİRİLDİ - FOTO/VİDEO
213472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, keçirilən tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.


Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıblar. 44 günlük Vətən müharibəmizin başlanma tarixinin uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpasına, suverenliyin tam bərqərar olunmasına və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan tarixi gün olduğu xüsusi qeyd edilib.

Tariximizə qızıl hərflərlə yazılan Qələbənin qazanılmasında xalqımızın rolu, qəhrəman oğullarımızın igidlik və şücaət nümunələri iştirakçıların diqqətinə çatdırılıb.

Silsilə tədbirlər çərçivəsində Şəhidlər xiyabanlarını ziyarət edən hərbi qulluqçular şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əziz soydaşlarımıza öz ehtiramlarını ifadə ediblər.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO