"Reproduktiv sağlamlıqla bağlı yeniliklərə cəmiyyətimiz o qədər də hazır deyil” - Nadir Zeynalov

"Reproduktiv sağlamlıqla bağlı yeniliklərə cəmiyyətimiz o qədər də hazır deyil” - Nadir Zeynalov

Hazırda oxunan: "Reproduktiv sağlamlıqla bağlı yeniliklərə cəmiyyətimiz o qədər də hazır deyil” - Nadir Zeynalov
213310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Reproduktiv sağlamlıq haqqında qanun layihəsi 2009-cu ildə Milli Məclisə təqdim olundu. Ondan sonra müzakirə olundu və qırağa atıldı. 2020-ci illərdən başlayaraq sözügedən qanun layihəsi üzərində iş başlanıldı. Hazırda hazır variantı əlimizdə var”.

Bizim.Media xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin gec qəbul olunmasına dair suala cavabında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Nazir müavini: “Ünvanlı sosial yardım proqramının elekronlaşması ilə bağlı narazılıqlar müəyyən çətinliklər yaradır”


O, qanun layihəsinin gec qəbul olunma səbəblərindən bəhs edib:

"Reproduktiv sağlamlıq haqqında qanunun müzakirəsinin uzun müddət almasının əsas səbəbi odur ki, bununla bağlı yeniliklərə cəmiyyətimiz o qədər də hazır deyil. Burada süni mayalanma, sperma donurluq və bu kimi məsələlərdən söhbət gedir ki, bunlar da cəmiyyətdə çoxlu suallar doğurur, müəyyən müqavimətə səbəb olurdu. 

Lakin 2009-cu ildən bəri cəmiyyət böyük inkişaf yolu keçib. Hesab edirəm ki, artıq Milli Məclis üzvləri bu qanun layihəsinə baxıb, qəbul edəcəklər".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO