Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA

Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA

Hazırda oxunan: Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA
212431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalqımızın azadlığını, suverenliyini, milli kimliyini tərənnüm edən üçrəngli, ay-ulduzlu bayrağımız milli qürurumuzdur. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu gün Azərbaycanın dövlət bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır.

Sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Qarabağın baş tacı Şuşa şəhərində Bayraq Meydanının açılışının olması hər bir Azərbaycan vətəndaşında iftixar və qürur hissi yaradıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı bildirib ki, Şuşa şəhərində Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb.

Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA - foto 3

Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.

Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA - foto 4

Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin də inşa edilməsi nəzərdə tutulur.

Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA - foto 1
Prezidentin açılışını etdiyi Şuşanın Bayraq Meydanı FOTOLARDA - foto 2


Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO