“Əgər kitablar oxunmursa, onları yazmağa, nəşr etməyə bir ehtiyac varmı?”

“Əgər kitablar oxunmursa, onları yazmağa, nəşr etməyə bir ehtiyac varmı?”

Hazırda oxunan: “Əgər kitablar oxunmursa, onları yazmağa, nəşr etməyə bir ehtiyac varmı?”

211034
NÖVBƏTİ KİTABIM ÇAPA HAZIRDIR. Amma...
Yeni nəşrə mənim seçilmiş hekayələrim daxildir. Amma, ancaq, lakin və fəqət...

Təxminən iki ay əvvəl oxucu dostlarıma ətraflı bir müraciət yazmışdım. Doğrusu, cürət edib üzə çıxarmırdım. Yaxşı əks-səda verməyəcəyindən ehtiyat edirdim. Xeyli tərəddüd və götür-qoydan sonra həmin müraciəti xeyli “rəndələyib”, qısaldıb tirajlamaq qərarına gəldim. Buyurub həmin müraciətlə tanış ola bilərsiz:
Dostlar, bildiyiniz kimi mən elmi və bədii yaradıcılıqla məşğulam. İndiyəcən ölkəmizdə və onun xaricində müxtəlif teatrlarda, əksəriyyəti oynanılmış 50-dən çox dramın, onlarla bədii və elmi əsərin, habelə yüzlərlə publisistik məqalənin müəllifiyəm. 30-cildlik seçilmiş əsərlərimin bir neçə cildi işıq üzü görüb.xa0
Qeyri-təvazökarlıq olsa belə, deməyə məcburam: ölkəmizin ən məhsuldar qələm adamlarından, əsərləri ən çox tamaşaya qoyulan dramaturqlarından biriyəm. Yəni bütün həyat və fəaliyyətim yaradıcılığa həsr olunub.
Təəssüflər ki, oxucu və tamaşaçıların azlığı ucbatından kitablar bir çox hallarda öz nəşr xərcini ödəmir.xa0
Amma bütün çətinliklərə baxmayaraq, kitablar çap olunmalı, öz ünvanına, yəni oxuculara çatdırılmalıdır.
Zahirən “məntiqi” bir sual meydana çıxır: “Əgər kitablar oxunmursa, onları yazmağa, nəşr etməyə bir ehtiyac varmı?”xa0
Cavabım sadə və yığcamdır: Bəli, ehtiyac var. Kitab oxumayan xalqın aqibəti necə ola bilər? Özü də indiki halda söhbət təkcə mənim kitablarımdan getmir. Təsəvvür edin ki, ölkəmizdə kitab yazılmır və oxunmur. Klassiklərimizdən də heç biri yoxdur. Yəni Nizami yox, Füzuli yox, Axundov yox, Mirzə Cəlil yox, lap elə bu günün qələm sahiblərindən heç biri yox. Mənzərə necə acınacaqlı görünərdi. Bu, bir cəhənnəm və zülmət səltənəti təsiri bağışlayardı.
Bir özünüz düşünün: kitabsız xalqın aqibəti necə ola bilər? Bir çox hallarda zaman-zaman başımıza gələn faciələrin kökünü elə özümüzə, öz mədəniyyətimizə, öz ədəbiyyatımıza biganəliyimizdə axtarmalı deyilikmi?..
Təəssüflər ki, indi imkanlı adamların çoxu öz “rəflərinə” kitabdan daha çox, yaşıl və sarı əskinaslar yığmağa üstünlük verir. Və bu ehtirasların sonu, ucu-bucağı görünmür. Əslində, elə o toplanan yatırımlar üçün də kitablara minnətdarlıq düşür.
Amma, bütün çətinliklərə baxmayaraq, mən millətimizinn zəkasına, ağlına, idrakına inanıram. Ümid edirəm ki, xalqımızın aydın təfəkkürlü xeyriyyəçiləri və messenatları kitabların nəşrinə diqqət yetirəcək. Biz kitabsız xalq ola bilmərik.
İnanıram ki, kitablar yazılacaq və oxunacaq.
Kitabların nəşrinə dəstək olun. Bu fürsəti əldən verməyin.
21.11.17
Firuz Mustafa, yazıçı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO