Bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar AŞKARLANDI

Bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar AŞKARLANDI

Hazırda oxunan: Bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar AŞKARLANDI
210271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son dövrlər Azərbaycana idxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 
 

Qeyd olunub ki, ölkəyə idxal olunan bir sıra bioloji aktiv qida məhsullarının ekspertizası zamanı məhsulların tərkibindəki vitamin və mineralların miqdarının məhsulun etiketində göstərilən miqdardan fərqli olması, o cümlədən bir bioloji aktiv qida məhsulunun tərkibində qadağan olunmuş inqrediyent (tadalafil) aşkarlanması müəyyən edilib. 


Bununla bağlı, uyğunsuzluq müəyyən edilən istehsalçı müəssisələrin sentyabrın 9-dan etibarən həmin məhsullarının ixracının məhdudlaşdırılması və sertifikatlaşdırılmanın dayandırılması, eyni zamanda bu müəssisələrdə həyata keçiriləcək sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı AQTA-ya məlumat verilməsi məqsədilə istehsalçı ölkələrin müvafiq qurumuna rəsmi qaydada müraciət olunub. 

Bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar AŞKARLANDI - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO