Astarada məktəb direktorunun bıçaqlandığı cinayətin SENSASİON TƏFƏRRÜATI

Astarada məktəb direktorunun bıçaqlandığı cinayətin SENSASİON TƏFƏRRÜATI

Hazırda oxunan: Astarada məktəb direktorunun bıçaqlandığı cinayətin SENSASİON TƏFƏRRÜATI
209571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, F.Əliyarov adına Astara şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.

Hadisə ilə bağlı Astara rayonun “Gənc Alimlər” təşkilatından Bizim.Media-ya verilən məlumatda cinayətin təfərrüatları açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Məktəb direktoru Ülviyyə Bayramova BIÇAQLANDI


Məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:

“Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, bu, olub. Məhz bu porno şantaj hadisəsindən sonra, katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb”.

“Gənc Alimlər” təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.

Direktor, Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO