Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi BAŞLANDI

Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi BAŞLANDI

Hazırda oxunan: Naxçıvanda cəzaçəkmə müəsissəsinin nəzarətçisi barəsində cinayət işi BAŞLANDI
208844
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən həmin qurumun Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəsissəsinin nəzarətçisi Ceyhunə Qurbanovanın qanunsuz əməlləri barədə daxil olmuş material üzrə Muxtar Respublika Prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı Ceyhunə Qurbanovanın qulluq mövqeyindən istifadə edərək qeyd olunan müəssisədə cəza çəkən qadın məhkumlardan biri üçün cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş müxtəlif əşyaları yoxlamadan gizlədərək özünə məxsus çantada müəsissəsinin daxilinə keçirməsinə və həmin məhkuma verməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta bağlı Naxçıvan Muxtar Respublikası prokurorluğunda Cinayət Məcəlləsinin 317-1.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə verilməsi və ya ötürülməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO