İkimərtəbəli ev bir göz qırpımında külə döndü — VİDEO

İkimərtəbəli ev bir göz qırpımında külə döndü — VİDEO

Hazırda oxunan: İkimərtəbəli ev bir göz qırpımında külə döndü — VİDEO
207920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 22-si Zaqatalanın Qımır kəndində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, Elnur Səmədova məxsus kürsülü ikiotaqlı fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
 

Yanğın nəticəsində evin 70 kv/m-lik hissəsinin yanar konstruksiyaları və ev əşyaları tamamilə yanıb. Xəsarət alan olmasa da, ev sahibinə xeyli ziyan dəyib.


"Baxıb gördüm ki, evin içi alovlanır. Otaqda sənədlər var idi, hamısı yandı. Heç nə çıxara bilmədik", - hadisə barədə danışarkən Elnur Səmədov deyib.

Yanğın zamanı eyni həyətdə olan digər yaşayış binası və köməkçi tikili yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı BakuTV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO