FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb
206731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətin dən Bizim.Media-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Şamaxı, Kürdəmirdə 19 mm, Qəbələ, Oğuzda 11 mm, İsmayıllı, Xaltanda 7 mm, Goranboyda 6 mm, Göygöl, Naftalanda 5 mm, Altıağac, Quba, Xaçmaz, Şabran, Gədəbəy, Mingəçevir, Daşkəsən, Gəncə, Şəmkir, Xınalıq, Qrız, Şahdağ, Zərdab, Bərdə, Ağsu, Yevlax, Göyçay, Tərtər, Qusar, Qobustan, Şəkidə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 19 m/s, Beyləqanda 18 m/s, Şirvanda 15 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Avqustun 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, bölgələrdə isə 17-si gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO