Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO

Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO
206420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə çap edilmiş "Qərbi Azərbaycan şəhidləri" adlı kitab, 10 avqust 2024-cü il tarixdə əslən Gorus rayonundan olan şəhidlərin ailələrinin bir qisminə təqdim edilib. 

Bizim.Media xəbər verir ki, tədbir Gorus rayon icmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin ofisində keçirilib. 

Tədbirdə icma üzvləri və şəhid ailələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gorus rayon icmasının sədri Etibar Həsənov iştirakçıları İcmanın İdarə Heyətinin sədri cənab Əziz Ələkbərlinin adından salamlamış, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. 

İcma sədri Etibar Həsənov bildirib ki, Qərbi Azərbaycan İcması fəaliyyəti dövründə Qayıdış konsepsiyası çərçivəsində bir çox böyük layihələri reallaşdırıb: 

“Şəhidlər haqqında kitabın çapı da bu fəaliyyətin tərkib hissəsidir.Vətən uğurunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalan və sağlamlığını müxtəlif dərəcədə itirmiş əslən Qərbi Azərbaycandan olan soydaşlarımızın sayı yüzlərlədir və şəhid və qazilərimizin göstərdikləri sücaəti işırlandırmaq, onların adlarını əbədiləşdirmək bizlərin mənəvi borcumuzdur. Odur ki bu kitabın ərsəyə gəlməsində, xüsusəndə Gorus şəhidləri haqqında məlumatların toplanmasında zəhməti keçən hər bir ellimizə dərin təşəkkürümüzü bildiririk".

İcma sədri onu da bildirib ki, Qərbi Azərbaycan şəhidlərinə hərs edilmiş kitabın 1-ci cildində Gorus rayonundan 10 nəfər şəhidimiz haqda məlumat yer alıb: 

“1-ci cildə adları qeyd edilməyən əslən Gorus rayonundan olan şəhidlərimiz haqqında hal hazırda məlumatlar toplanır və bu məlumatlar kitabın 2-ci cildində yer alacaq”. 

Daha sonra tədbirdə iştirak edən şəhid ailələrinə kitablar təqdim edilib, onlara mərd, cəsur və fədakar övladlar böyüdüb tərbiyə etdiklərinə görə icma adından təşəkkür edilib.

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, yaxın günlərdə Gorus Rayon İcması tərəfindən Mingəçevir şəhərində yaşayan Gorus sakinləri ilə görüş keçiriləcək və həmin tədbirdə Mingəçevir şəhərində yaşayan şəhid ailə üzvlərinə də qeyd edilən kitab təqdim olunacaq.

Tədbirin gedişatında həmçinin tədbir iştirakçılarından bəzilərinə icmaya üzvlük vəsiqələri təqdim olunub, icmanın gənclər üzrə məsul şəxsi Orxan Həsənli və Qadınlar üzrə məsul şəxs Sevil Cabbarova görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

Həmçinin Şurnuxu kənd icma sədri Eldar Həsənovun, Qurdqalaq kənd icmasını təmsil edən Mehriban İsmayılovanın, Şurnuxu kənd ağsaqqallar qrupunun üzvləri Şakir Həsənovun, Yaşar Rzayevin, şəhid ailələrinin səmərəli təklifləri dinlənilib və müzakirə edilib. 

Sonda icma sədri Etibar Həsənov Milli Məclisin üzvlüyünə namizəd hörmətli Əziz Ələkbərli  başda olmaqla bütün Qərbi Azərbaycan kökənli namizəd soydaşlarımıza Gorus camaatı adından uğurlar arzuladığını bildirib.

Tədbir iştirakçıları xatirə şəkili çəkdirilib.

Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 1
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 2
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 3
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 4
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 5
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 6
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 7
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 8
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 9
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 10
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 11
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 12
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 13
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 14
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 15
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 16
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 17
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 18
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 19
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 20
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 21
Qərbi Azərbaycan İcmasının Gorus rayon təşkilatında şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi – FOTO - foto 22

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO