Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş etdi

Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş etdi

Hazırda oxunan: Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş etdi
204806
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib. 

“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib. 

Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO