Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO

Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO

Hazırda oxunan: Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO
204696
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıxanov qəsəbəsində “McDonald’s Azərbaycan” şirkətinin yeni, sayca 27ci restoranının açılışı olub. Qida sənayesinin ən müasir tələblərinə cavab verən restoran Bakıxanov qəsəbəsi, Sülh küçəsi 105 ünvanında yerləşir.

Yeni restoranın özəlliklərindən biri də rahat atmosfer yaradan “Geometry” dizaynıdır. Burada qonaqlara tez və rahat xidmət göstərmək üçün interaktiv özünəxidmət köşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF (“Experience of the Future”) kimi innovativ texnologiyalar tətbiq olunur. Bütün digər restoranlarda olduğu kimi burada da masa arxasında sifarişinizi qəbul etməyə imkan verən “Table Service” xidməti təklif olunur ki, bu da qonaqlar üçün komfort səviyyəsini yüksəltmək məqsədi daşıyır.
 

Restoranda müxtəlif qəhvə içkiləri və desertlərin geniş seçimini təqdim edən “McCafe” kafesi mövcuddur. Bundan əlavə, yeni filialda Azərbaycanda ilk dəfə təqdim olunan rəqəmsal menyu ilə “MakAvto” xidməti mövcuddur ki, bu da sifariş verməyi və sifarişi maşından çıxmadan əldə etməyi daha da rahat edir.


Restoran 225 oturacaq tutumuna malikdir ki, onlardan 24-ü terrasda yerləşir. Uşaqların “McDonald’s”da daha yaddaqalan və əyləncəli vaxt keçirmələri üçün yaxın gələcəkdə burada oyun meydançasının açılması planlaşdırılır.

Qeyd edək ki, restoranın istifadəyə verilməsi ilə 100 yeni iş yeri açılıb ki, bu da yerli əmək bazarının inkişafına töhfə verir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildən artıqdır ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. “McDonald’s Azərbaycan”ın iqtisadiyyatın tədarük və logistika, işəgötürmə kimi müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 1
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 2
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 3
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 4
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 5
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 6
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 7
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 8
Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO