Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini YOXLADI - FOTO

Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini YOXLADI - FOTO

Hazırda oxunan: Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini YOXLADI - FOTO
204308
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
 

Məlumata görə, general-polkovnik K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb.


Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik K.Vəliyev tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO