DİQQƏT! Bakının bu rayon və qəsəbələrində qaz olmayacaq

DİQQƏT! Bakının bu rayon və qəsəbələrində qaz olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bakının bu rayon və qəsəbələrində qaz olmayacaq
203189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. 

“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, bu səbəbdən 23.07.2024-cü il saat 09:00-dan etibarən “Albalı”, “Maştağa QPS kollektor” , “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Bakının Xəzər və Sabunçu rayonlarının, o cümlədən Maştağa, Buzovna qəsəbələrinin Albalılıq, Atçılıq yaşayış massivlərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Həmçinin paytaxtın Yasamal və Binəqədi rayonlarında görüləcək təmir-bərpa işləri ilə bağlı 23.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO