Güclü külək Bakıda ağacları qopardı - FOTO

Güclü külək Bakıda ağacları qopardı - FOTO

Hazırda oxunan: Güclü külək Bakıda ağacları qopardı - FOTO
20119
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Güclü külək Bakıda fəsadlar yaradıb. 

Bizim.Media-nın məlumatına görə, paytaxtın Yasamal, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb. Ümumilikdə paytaxt ərazisində beş ağac aşıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, əməkdaşlar mövcud vəziyyətlə bağlı hadisə yerinə yollanıb:

“Paytaxt ərazisində gecə saatlarından müşahidə edilən güclü külək beş ağacı aşırıb. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. (Oxu.az)

Bizim.Media

Güclü külək Bakıda ağacları qopardı - FOTO - foto 1
Güclü külək Bakıda ağacları qopardı - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO