34 yaşlı qadın ərinin qəzəbindən canını qurtara bilmədi: Küçənin ortasında vəhşicəsinə BIÇAQLANDI

34 yaşlı qadın ərinin qəzəbindən canını qurtara bilmədi: Küçənin ortasında vəhşicəsinə BIÇAQLANDI

Hazırda oxunan: 34 yaşlı qadın ərinin qəzəbindən canını qurtara bilmədi: Küçənin ortasında vəhşicəsinə BIÇAQLANDI
200511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə Xırdalan şəhəri, "Quşçuluq" yaşayış massivində qeydə alınıb.

Məlumata görə, 39 yaşlı Anar Bayramov 34 yaşlı həyat yoldaşı Şəbnəm Həsənovaya bir neçə bıçaq zərbəsi vurub. Qadın qaçmaq istəsə də, əri onu küçənin ortasında tutaraq daha bir neçə bıçaq zərbəsi endirib. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Qonşularının sözlərinə görə, qadın qonşuda qaldığına görə əri bunu qəbul etməyib:
"Onlar əvvəl çox mehriban idilər. Aralarında söz-söhbətlər son iki ayın içində baş verdi. Qadın qonşuda qalırdı. Əri öz evlərinə gəlməyini istəyirdi. O isə yoldaşı içib onu narahat etdiyinə görə evə getmirdi. Əri də bunu qəbul etmədi".

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Anar Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO