Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO

Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO

Hazırda oxunan: Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO
200307
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bədbəxt hadisə rayonun Çobankol kəndində artezian quyusunda təmir işləri aparılan zaman baş verib.

İlkin məlumatlara görə, Zaqatala rayon sakini 52 yaşlı Hacıməhəmməd Qaracayev artezianın elektrik şitinin yenilənməsi işləri  aparan zaman bilinməyən səbəbdən dünyasını dəyişib.
Qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Sosial şəbəkələrdə mərhumu elektrik cərəyanının vurması ilə bağlı bəzi iddialar yer aldığından məsələyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Dilqəm Şərifov da münasibət bildirib. Agentliyin nümayəndəsinin sözlərinə görə, mərhum Zaqatala yerli istismar idarəsində elektrik peşəsində çalışıb. 

İlkin məlumatlara görə, o, subartezian quyusunda təmir işləri görülən zaman vəfat edib.  

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO - foto 1
Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO - foto 2
Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO - foto 3
Zaqatala Suvarma Sistemləri idarəsinin 52 yaşlı əməkdaşı iş başında öldü - FOTO - foto 4

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO