Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO  

Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO  

Hazırda oxunan: Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO  
198985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir. 

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. 

Xatırladaq ki, 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya aşkarlanıb. Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası aşkarlanıb. 
Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib. 

Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO   - foto 1
Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO   - foto 2
Bu dondurmalarda da bakteriya aşkarlandı – FOTO   - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO