Ədliyyə nazirinin müşaviri təyin olunan Elvin Hətəmzadə KİMDİR? – DOSYE 

Ədliyyə nazirinin müşaviri təyin olunan Elvin Hətəmzadə KİMDİR? – DOSYE 

Hazırda oxunan: Ədliyyə nazirinin müşaviri təyin olunan Elvin Hətəmzadə KİMDİR? – DOSYE 
198944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Elvin Hətəmzadə ədliyyə nazirinin müşaviri təyin olunub.

Bizim.Media yeni müşavirin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Ədliyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ – FOTO 


E.Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-ın Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

O, 2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Elvin Hətəmzadə 2016-2020-ci illərdə ADA Universitetində pedoqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.

E.Hətəmzadə ABŞ-ın Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO