Buraxılış imtahanlarında ən yüksək və ən aşağı nəticə göstərən bölgələr – SİYAHI  

Buraxılış imtahanlarında ən yüksək və ən aşağı nəticə göstərən bölgələr – SİYAHI  

Hazırda oxunan: Buraxılış imtahanlarında ən yüksək və ən aşağı nəticə göstərən bölgələr – SİYAHI  
198817
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il 9 və 11-ci siniflər üzrə buraxılış imtahanlarında ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələrin adları açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində qeyd edilib. 

Bildirilib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Sumqayıt, Naxçıvan, Bakı, Mingəçevir şəhərlərinin və Qubadlı, Abşeron, Şahbuz rayonlarının şagirdləri göstərib. Bu bölgələrin orta statistik şagirdlərinin göstəriciləri, müvafiq olaraq, 128.1, 127.7, 120.7, 117.6, 114.5, 111.5 və 111.3 bala bərabər olub. 

Ən aşağı göstəricilər isə Ağcabədi, Sabirabad, Cəlilabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq, 78.6, 77.9, 74.8 və 73.5 bal) məxsusdur. 

Həmçinin qeyd edilib ki, 11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Sumqayıt şəhərinin, Qubadlı rayonunun, Bakı və Naxçıvan şəhərlərinin, Abşeron və Xocavənd rayonlarının şagirdləri əldə edib. (müvafiq olaraq, 135.6, 133.0, 126.7, 124.2, 115.8 və 115.6 bal). 
Ən aşağı göstəricilər isə Yardımlı, İmişli, Cəlilabad, Sabirabad və Daşkəsən rayonlarının şagirdlərinə (müvafiq olaraq 74.5, 74.1, 71.0, 69.7 və 65.2 bal) məxsusdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO