Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - FOTO/VİDEO

Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - FOTO/VİDEO

Hazırda oxunan: Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - FOTO/VİDEO
195527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün günorta saatlarından etibarən “28 Mall” ticarət mərkəzinin parkinq çıxışında böyük tıxac yaranıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə, təxminən 3 saata yaxın müddətdə ticarət mərkəzinin dayanacağından çıxmaq mümkün olmayıb:

“Saat 14:45-dən davam edən tıxac. Havasız parkinq. Hamilə qadından tutmuş yaşlı insanlara qədər hamı dayanıb, “28 Mall”dan çıxış etmək mümkün deyil”.

Vətəndaşlar tıxacın alış-veriş mərkəzinin yaxınlığında su borusunun partlaması ilə əlaqələndirirlər.
Yaranmış problemlə bağlı “28 Mall”la əlaqə saxladıq. Ticarət Mərkəzindən bildirildi ki, sözügedən problem daxili deyil, küçədə yaranan tıxacla əlaqədardır: “Ona görə də biz heç bir tənzimləmə apara bilmirik”.

“Azərsu ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin saatlarda ticarət mərkəzinin yerləşdiyi küçədən keçən su borusunda qəza olub. Qurum əməkdaşları qəzanın fəsadlarının aradan qaldırılması üçün texnikalarla əraziyə cəlb olunub.

Sıxlığın bundan qaynaqlandığı bildirilir.

 


Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - FOTO/VİDEO - foto 1
Maşınlar “28 Mall”un parkinqində saatlarla tıxacda qaldı - FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO